Nazirlik 140 min manatlıq lisenziya alır

İQTİSADİYYAT
22:34 / 20.05.2026
52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən lisenziyaların satın alınması üzrə satınalma proseduru yekunlaşıb.

Hit.az xəbər verir ki, satınalmanın qalibi “BUZ TECH” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Məlumata görə, müqavilənin ümumi dəyəri 140 702,02 manat təşkil edir.

Layihə çərçivəsində nazirliyin fəaliyyətində istifadə olunan proqram təminatları və ya texniki sistemlər üçün zəruri lisenziyaların təmin edilməsi nəzərdə tutulur.

Abbas 
 

0