Qarabağ bölgəsində elektrik təsərrüfatı ilə bağlı 14,8 milyonluq layihə

İQTİSADİYYAT
19:38 / 22.05.2026
47

“Azərişıq” ASC tərəfindən Qarabağ bölgəsində bir sıra yaşayış məntəqələrinin elektrik təsərrüfatının qurulması və bərpası işləri ilə bağlı tenderə yekun vurulub.

Hit.az xəbər verir ki, layihə Xocavənd şəhərini, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsini və Sos kəndini, Ağdərə rayonunun Vəngli, Çıldıran, Heyvalı və Kolatağ kəndlərini, həmçinin Xocalı rayonunun Xanabad və Şuşakənd kəndlərini əhatə edir.

Tenderin qalibi "HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP" MMC seçilib.

Satınalma müqaviləsinin dəyəri 14 897 996,93 AZN təşkil edir.

Abbas

0