Dünən gecə Çempionlar Liqasında daha bir maraqlı oyun keçirilib.
Hit.az bildirir ki, turun mərkəzi qarşılaşmasında “Mançester Siti” öz evində PSJ-ni qəbul edib.
Möhtəşəm oyun
Nəfəskəsən matçda PSJ rəqibi 4-2 hesabı ilə məğlub edib. Oyunda çox sayda top dirəkdən qayıdıb. Xüsusilə “Mançester Siti” həddindən artıq dərəcədə çox epizod qaçırıb. Hər iki qapıçının mükəmməl oynadığı matçda xəttdən də top çıxarılıb. Yəni ötən gecə meydanda futbol adına hər şey var idi.
Haaland – Dembele dueli
Oyunda bütün diqqətlər Erlinq Haaland və Usman Dembelenin üzərində idi. Ulduzların duelində Haaland 2, Dembele 1 qol vurdu. Lakin ümumi hesabda qazanan Dembelenin komandası oldu.
Matçın statistikaları
“Mançester Siti” topla oynamada 54-46 faiz nisbəti ilə öndə olub. Onlar, qapıya endirilən zərbələrdə də rəqiblərini qabaqlayıblar: 27-15. Lakin PSJ 10, “M. Siti” isə 9 dəfə qapı çərçivəsinə topu göndərməyi bacarıb.
Hər iki komandanın qapıçısı 6 qurtarış edib. Ev sahibləri 6, qonaqlar 4 dəfə böyük şansdan yararlana bilməyiblər. İngilislər 499, fransızlar isə 444 dəfə dəqiq pas ötürməsi veriblər. Mançester təmsilçisi 10, Paris klubu isə 11 dəfə qaydanı pozub. Komandalar hərəyə 1 dəfə sarı vərəqə ilə cəzalanıblar.
Elmir Mustafa


