Mərkəzi Bankda yüksək vəzifəyə təyinat

İQTİSADİYYAT
17:49 / 25.05.2026
44

Azərbaycan Respublikasının Mərkəzi Bankında Data Departamentinin direktoru vəzifəsinə təyinat olub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Elmir Həsənli təyin edilib.

Qeyd edək ki, Elmir Həsənli 2024-cü ildən Azərbaycan Mərkəzi Bankında Data Departamentinin Data əməliyyatları və analitikası şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, həmçinin 11 il 5 ay “Ziraat Bank Azərbaycan” ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2021-ci ilin mart ayından isə bankın maliyyə direktoru vəzifəsini icra edib.

0