Son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb.
HİT.az xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.
O bildirib ki, onların mütləq əksəriyyəti güzəştli, azfaizli kreditlər hesabına yaradılıb:
"Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır".


