Dünyanın ən varlı adamından növbəti rekord

22:15 / 09.07.2020
1557

Dünyanın ən varlı insanı olan “Amazon” şirkətinin sahibi Ceff Bezosun gəlirləri növbəti dəfə rekord həddə çatıb.

Bu barədə “Forbes” jurnalı yazıb.

Məlumata görə, “Amazon” şirkətinin hissələrinin 11.1 faiz artması ilə Bezosun gəlirləri 182.6 milyard dollara çatıb.

Qeyd edək ki, bir müddət əvvəl Bezosun gəlirləri 171.6 milyard olmuşdu.

0
Axar.az