ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adının özünün və ya Amerikanın şərəfinə dəyişdirilməsi təklifini Google şirkətinə çatdırıb.
HİT.az xəbər verir ki, lakin şirkətin baş direktoru Sundar Piçai bu təkliflə razılaşmayıb. Bu barədə The Guardian nəşri məlumat yayıb.
Tramp Cənubi Karolinada keçirilən mitinqdə çıxışı zamanı Google-un rəhbəri ilə telefon danışığı apardığını və Atlantik okeanının adının dəyişdirilməsi məsələsini müzakirə etdiyini bildirib. ABŞ liderinin sözlərinə görə, Piçai təklifə mənfi cavab verərək okeanların bir çox ölkənin sahillərini yuduğunu və bu səbəbdən onların adının dəyişdirilməsinin fərqli məsələ olduğunu deyib.
Tramp çıxışında daha əvvəl Meksika körfəzinin adının "Amerika körfəzi" ilə əvəzlənməsini nəzərdə tutan sərəncamını da xatırladıb. O, həmçinin Ontario gölünün "Amerika gölü" adlandırılması təşəbbüsündən danışıb.
ABŞ prezidentinin sözlərinə görə, Google rəhbəri Atlantik okeanının adının dəyişdirilməsi təklifini qəbul etməyib. Tramp isə bundan sonra məsələni daha da irəli aparmamaq qərarına gəldiyini bildirib.
Qeyd edək ki, Trampın əvvəlki sərəncamından sonra Google ABŞ-dakı istifadəçilər üçün Meksika körfəzini "Amerika körfəzi" kimi göstərməyə başlayıb. Ontario gölünün adı ilə bağlı isə xəritələrdə istifadə olunan adlandırmalar da müzakirə mövzusu olub. Meksika və Kanada istifadəçiləri isə Google Maps-də müvafiq coğrafi obyektlərin əvvəlki adlarını görməkdə davam edirlər.
Samir


