iPhone 12 hansı qiymətə satılacaq?

09:25 / 14.07.2020
1035

Artıq bir neçə müddətdir internetdə məlumat gəzir ki, Apple şirkəti bu ilki iPhone modellərinin qutularından şarj cihazını yığışdıracaq.

İndi isə analitiklərdən biri iPhone 12-nin güman olunan qiyməti barəsində məlumat verib.

Analitikin sözlərinə əsasən iPhone 12 qutusunda az sayda aksessuarın olması smartfonun qiymətinin aşağı düşməsinə gətirib çıxartmayacaq. Bununla belə onun qiymətində hətta artım da olacaq.

Bu barədə Slashgear saytı xəbər verib.

Son məlumatlara əsasən iPhone 12 qutusunda yalnız təlimat kitabçası və şarj cihazı üçün nəzərdə tutulmuş Lightning naqili olacaq.

Analitik Jeff Pu-nun fikrincə iPhone 12-nin qiyməti 749$-dan başlaya bilər. Bu isə iPhone 11-dən 50$ bahadır.

Hətta smartfon qutusunda az sayda aksessuarın olması halında da onun qiymətinin yüksəlməsi onunla bağlı olacaq ki, iPhone 12 modeli 5G modem ilə təchiz olunacaq.

Məlumata əsasən 6.1 düym ekrana sahib olacaq iPhone 12 modelinin qiymətində isə keçən il ilə müqayisədə 50$-100$ artım olacaq.

0
Milli.az