Müdirini pula görə söyən şəxs həbs edildi

HADİSƏ
11:50 / 17.11.2023
455

Şəmkirdə bazarda xuliqanlıq etmiş şəxs həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsindəki bazarda baş verib.

Rayonun Könüllü kənd sakini, 1993-cü il təvəllüdlü Həsrət Yusifov (şərti) bazar ərazisində yüksək səslə təhqiramiz ifadələr işlətməyə başlayıb. Bundan sonra polis əməkdaşları onu saxlayaraq Kür Polis Bölməsinə aparıblar.

Burada məlum olub ki, 30 yaşlı şəxs telefonda müdirini söyürmüş. Belə ki, Şəmkirdə fermada çalışan Həsrət təsərrüfatın müdirinə zəng edərək pul istəyib. Lakin müdiri onun istəyini yerinə yetirməyib. Buna əsəbiləşən işçi rəhbərinin ünvanına təhqiramiz ifadələr işlətməyə başlayıb və ictimai yerdə xuliqanlıq hərəkətləri edib.

H.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Şəmkir Rayon Məhkəməsinin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.

0