Bakıda qadın liftin qapısının arasında qalaraq ölübmüş

HADİSƏ
17:25 / 27.03.2024
283

Bakıda qadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

HİT.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 26-sı Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalaraq aldığı xəsarətlər səbəbindən vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, ötən gün FHN də paytaxtın Binəqədi rayonunda 1 nəfərin liftdə qalaraq ölməsi barədə məlumat yaymışdı.

0