Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən öldü

HADİSƏ
12:17 / 31.03.2024
280

Martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

HİT.az-ın xəbərinə görə, bu abrədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.

Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.

APA-nın məlumatına görə, hadisə Sumqayıtın İnşaatçılar qəsəbəsində qeydə alınıb. 2011-ci il təvəllüdlü Ə.R.-nin yaşadığı evdə meyiti tapılıb. 13 yaşlı yeniyetmənin yüksək dozalı narkotik istifadəsindən öldüyü ehtimal olunur.

0