Emin: "Yazırlar ki, Rusiyadan qaçmışam" - FOTO

HADİSƏ
14:03 / 05.04.2024
337
Xəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.
 
HİT.az-ın məlumatına görə, Xalq artisti Emin Ağalarov hadisədən sonra Rusiyadan qaçması ilə bağlı yayılan xəbərlərə reaksiya verib. O bildirib ki, hazırda Moskvadadır və hər gün faciənin baş verdiyi yerə yollanır:
 
"Rusiyadan qaçdığımı yazanlar üçün: Moskvadayam, hətta ötən gün faciə olan yerdə idim. Saxta xəbərlərə inanmayın. Kim və hansı səbəblə saxta xəbərlər yayır?". 
 
Qeyd edək ki, Moskvada "Crocus City Hall"da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.
 

0