TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama yaydı

HADİSƏ
18:34 / 14.04.2024
341

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.

Hit.az xəbər verir ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, İsbərov Amid Seyran oğlunu və Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

0