Xankəndidə xeyli silah-sursat aşkarlandı

HADİSƏ
13:33 / 20.04.2024
305

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

HİT.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı aşkar edilib.

Bundan başqa 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

0