Evində silahdan açılan atəşdən öldü

HADİSƏ
17:48 / 22.10.2026
57

Tovuz rayonunun Aşağı Quşçu kəndində bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1970-ci il təvəllüdlü Elman Hüseynov silahdan açılan atəş nəticəsində ölüb.

Onun meyiti yaşadığı evdə aşkarlanıb. Mərhumun cansız bədənini yaxınları tapıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

0