Azərbaycan cüdo yığması Antalyada keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü medalsız başa vurub.
Hit.az xəbər verir ki, millimizin sonuncu medal şansı olan Orxan Səfərov 3-cü yer uğrunda qarşılaşmaya çıxmayacaq. 66 kq çəki dərəcəsində yarışan cüdoçumuz keçirdiyi sonuncu görüşdə zədələndiyi üçün mübarizəni dayandırıb.
Yığmanın həkiminin tövsiyəsi və baş məşqçisinin qərarına əsasən Səfərov tatamiyə çıxmayacaq.