Çoxuşaqlı qadınların pensiya yaşı azaldılacaq?

SOSİAL
13:01 / 14.09.2026
167

Çoxuşaqlı qadınların daha erkən pensiyaya çıxması məsələsi yenidən gündəmə gəlib. 

Milli Məclisin deputatı Vüqar Bayramovun təklifinə əsasən, üç və daha çox uşağı olan qadınlar üçün pensiya yaşına güzəşt tətbiq edilə bilər. Təklif reallaşarsa, üç uşağı olanlar 3, dörd uşağı olanlar 4, beş və daha çox uşağı olanlar isə 5 il daha tez pensiyaya çıxa biləcəklər. Təklifin qüvvəyə minməsi üçün isə qanunvericilikdə dəyişiklik edilməlidir.

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, çoxuşaqlı qadınların daha erkən pensiyaya çıxması məsələsi son günlər yenidən gündəmə gəlib: 

“Millət vəkili Vüqar Bayramov bu kateqoriyadan olan qadınlar üçün pensiya yaşına müəyyən güzəştlərin tətbiq edilməsini təklif edib. Təklifə əsasən, üç və daha çox uşağı olan qadınların pensiyaya daha erkən çıxması mümkün ola bilər. Üç uşağı olan qadınlar pensiya yaşından 3 il, dörd uşağı olanlar 4 il, beş və daha çox uşağı olan qadınlar isə 5 il əvvəl pensiyaya çıxa bilərlər. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan qadınlar üçün pensiya yaşına 5 illik güzəşt nəzərdə tutulur”.

409670

İqtisadçı hesab edir ki, yeni təklifin əsas məqsədi bu güzəşti daha çoxuşaqlı ailələri əhatə edəcək şəkildə genişləndirməkdir: 

“Lakin bu, hələlik yalnız təklifdir və avtomatik olaraq qüvvəyə minmiş yeni qayda hesab olunmur. Güzəştin tətbiq edilməsi üçün müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməli və təklif parlamentdə müzakirə olunaraq qəbul edilməlidir”.

Sevinc

0