"Qarabağ"dan mövsümün ilk xal itkisi, "Turan Tovuz"dan heç-heçə

İDMAN
20:54 / 13.09.2026
139

Misli Premyer Liqasında 5-ci tur davam edir.

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb. 

Əvvəlcə "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun mərkəzi matçında isə "Qarabağ" "Zirə" ilə üz-üzə gəlib. Görüşdə komandalar hərəyə 1 qol vuraraq heç-heçəyə razılaşıb.

13 sentyabr (bazar)

19:00. “Zirə” – “Qarabağ” - 1:1 

Qol: İssa Cibrila, 56 (1:0), Aleksey Kaşuk, 65 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Rauf Cabarov

VAR: Rəvan Həmzəzadə 

AVAR: Tərlan Talıbzadə

Zirə İdman Kompleksinin stadionu

16:30. “Araz-Naxçıvan” – “Turan Tovuz” - 2:2

Qollar: Emmanuel Hakman, 7 (1:0), İbrahima Vadji, 51 (1:1), Santos, 75 (1:2), Ağadadaş Salyanskiy, 86-pen. (2:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov

VAR: Kamal Umudlu 

AVAR: Müslüm Əliyev

Şamaxı şəhər stadionu

0