Həftəlik reytinqlər: Yeni seriallar neçəncidir?

MARAQLI
12:18 / 14.09.2026
187

Türkiyədə ötən həftənin ən çox izlənilən serialları bəlli olub.

Hit.az xəbər verir ki, 7-13 sentyabr tarixlərində “Total” kateqoriyasında “Daha 17” zirvədə yer alıb.

Adıçəkilən ekran işinin yeni və davam edən iddialı seriallara rəğmən həftənin ən çox izləniləni olması xeyli diqqət çəkib. Çünki bu serialın yeni mövsümdə də davam edəcəyi gözlənilmirdi. 
Bundan başqa, “Mercan Köşk”, “Aşk ve Taht” və “Evlilik Güzeldir”  kimi layihələr isə onluqdan kənarda qalıb. Xüsusilə “Aşk ve Taht” kimi iddialı serialın bu 12-ci olması xeyli təəccübə səbəb olub.

Beləliklə, keçən həftənin ən çox baxılan serialları aşağıdakılardır:

1.    “Daha 17” – “Kanal D”
2.    “Altı Üstü İstanbul” – “ATV”
3.    “Tuzlu Kahve” – “Star”
4.    “Sevdiğim Sensin” – “Star”
5.    “A.B.İ.” – “ATV”
6.    “Güller ve Günahlar” – “Kanal D”
7.    “Sevdan Bir Ateş” – “Show TV”
8.    “Haysiyet” – “Kanal D”
9.    “Muhtemel Aşk” – “Show TV”
10.    “Gönül Dağı” – “TRT1”.

Pərviz Şimşək 

0