Bu gün tarixin vərəqlərində 16 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün də sıra tarixi hadisələr yaşanılıb.
16 sentyabr bəzi görkəmli şəxsin dünyaya gəldiyi, bəzilərinin isə dünyadan köçdüyü gün kimi tarixdə qalıb. Bundan əlavə, bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü, Malayziyada Malayziya Günü, Papua-Yeni Qvineyada isə Müstəqillik Günüdür. Beləliklə, tarixin 16 sentyabrına nəzər salırıq.
16 sentyabrda baş verənlər:
1951-ci ildə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunun açılışı olub. 2021-ci ildə “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasında ilk oyununu keçirib.
1908-ci ildə “General Motors” şirkəti təsis olunub. 1598-ci ildə Koreya Hərbi Dəniz Qüvvələri Myong-Yang döyüşündə Yaponiya Hərbi Dəniz Qüvvələrinə qarşı qələbə qazanıb. 1975-ci ildə Papua-Yeni Qvineya Avstraliyadan ayrılaraq müstəqilliyini elan edib. 1978-ci ildə İranda cəmi bir dəqiqə davam edən zəlzələ 20.000 insan ölüb. 1993-cü ildə Türkiyənin “Kanal D” telekanalı yayım həyatına başlayıb.
16 sentyabrda doğulanlar:
1970-ci ildə səhiyyə naziri Teymur Musayev, 1979-cu ildə voleybolçu Gülşən Kərimova, 1982-ci ildə filosof Ələddin Məlikov, 1987-ci ildə çapar Camal Rəhimov doğulub.
Həmçinin, 1904-cü ildə rus yazıçı Nikolay Ostrovski, 1908-ci ildə Yeni zelandiyalı botaniki Viktor Zotov, 1925-ci ildə İrlandiyanın sabiq baş naziri Çarlz Hauqi, 1937-ci ildə çex müğənni Pavel Bobek, 1948-ci ildə alman cüdoçu Artur Şnabel, 1952-ci ildə amerikalı aktyor Mikki Rurk, 1963-cü ildə türkiyəli müğənni Yonca Evcimik, 1979-cu ildə amerikalı repçi Flo Rida və 1987-ci ildə türkiyəli aktrisa Merve Boluğur dünyaya gəlib.
16 sentyabrda vəfat edənlər:
2001-ci ildə futbolçu Rəşid Özbəyov və 2002-ci ildə aktyor Bahadur Əliyev dünyasını dəyişib.
Həmçinin, 1701-ci ildə İngiltərə, İrlandiya və Şotlandiya kralı II Ceyms, 1920-ci ildə isveçli yazıçı Dan Anderson, 1925-ci ildə rusiyalı fizik Aleksandr Fridman, 1932-ci ildə Böyük britaniyalı həkim Ronald Ross, 1977-ci ildə amerikalı opera müğənnisi Mariya Kallas, 2016-cı ildə türk aktyoru Tarık Akan, 2021-ci ildə braziliyalı yüngül atlet Qrasiete Santana və 2022-ci ildə İran vətəndaşı Məhsa Əmini vəfat edib.
Pərviz


