Ancelottidən Arda Gülər açıqlaması: \"Oynayacaq\"

16:10 / 26.09.2023
748

İspaniya nəhəngi "Real Madrid"in baş məşqçi Karlo Ancelotti Arda Gülərlə bağlı danışıb.

HİT.az xəbər verir ki, o, türk futbolçunun meydana çıxmağa hazır olduğunu açıqlayıb.

Ancelotti qeyd edib ki, Arda İspaniya liqasının növbəti turunda "Las Palmas"la matçda oynaya biləcək:
"Arda Gülər yaxşıdır və hazır vəziyyətdədir. Sadəcə bizim oyun üslubumuza öyrəşməsi üçün bir az zamana ehtiyacı var. O, çox böyük bir istedaddır".

Baş məşqçi həmçinin, "Kral klubu" ilə müqavilə yeniləyə biləcəyini də istisna etməyib.

Pərviz

0