Üç əfsanə bir arada: Bu detay diqqət çəkdi

İDMAN
13:55 / 28.09.2023
670

Dünyaca məşhur futbolçu Leo Messi əfsanəvi futbol adamları - Zinəddin Zidan və Devid Bekhem ilə bir araya gəlib.

HİT.az xəbər verir ki, Zidan sabiq komanda yoldaşı Bekhemin klubunun matçını izləmək üçün ABŞ-a gedib.

Zədəsi səbəbi ilə oymamayan Messi də onlarla görüşüb. Beləliklə, unudulmaz bir şəkil çəkilib. Əfsanələrin bir araya gəldiyi foto sosial şəbəkələrdə viral olub.

Ən çox diqqətçəkən isə Devid Bekhemin saçlarının tökülməyə başlaması olub. Hər zaman uzun saçları ilə gündəm olan dünyaca məşhur ulduzun son halı xeyli müzakirə olunub. Hətta "Bekhemə nəzər dəydi" kimi şərhlər belə yazılıb.

Pərviz

0