Hansı futbolçuları Çempionlar Liqasında rekord qırıb? - SİYAHI

İDMAN
18:59 / 13.11.2023
724

Klublar üzrə Avropanın bir nömrəli futbol turniri olan Çempionlar Liqasında qalib olmaq hər futbolçunun xəyalıdır.

Hətta hər futbolçu bu turnirdə meydana çıxmaq və öz məharətlərini bütün dünyaya göstərmək istəyər. Əsl vitrin olan Çempionlar Liqasında uğurlu çıxış edən futbolçuların yüksək qiymətlərlə transfer olduqlarını da xatırlatmaq yerinə düşər. Ötən dəfə Çempionlar Liqasının klub rekordlarına nəzər salmışdıq. İndi isə Çempionlar Liqasında futbolçuların bəzi rekordlarına göz gəzdirəcəyik.

HİT.az Çempionlar Liqasının unudulmaz futbolçu rekordlarını təqdim edir:

* Çempionlar Liqasının ilk qolunu 25 noyabr 1992-ci ildə “Brügge” klubunun futbolçusu Daniel Amokaçi "ÇSKA Moskva"ya vurub.

* Ən tez qol isə 2006-2007 mövsümündə "Bayern Münhen" - "Real Madrid" matçının 10,3 saniyəsində Roy Makaay tərəfindən vurulub.

* Hans Yorq Butt və Sinan Bolat Çempionlar Liqasında qol vuran qapıçılar kimi tarixə düşüblər.

* Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı isə Oskar Kordoba olub.

* Turnirdə oynayan ən yaşlı futbolçu 43 yaş 252 gün ilə "Latsio"nun futbolçusu Marko Ballottadır.

* Çempionlar Liqasında ilk "het-trik" edən futbolçu "MTK Budapest" - "Anderlext" matçında üç qol vuran Vörösdən Peter Palotos olub. (7 sentyabr 1955)

* "Het-trik" edən ən gənc futbolçu "Mançester Yunayted" - "Fənərbağça" matçında 18 yaş 335 günlük olan "qırmızı şeytanlar"ın futbolçusu Ueyn Runidir. (28 sentyabr 2004)

* Turnirin Ən sürətli "het-trik"ə isə 2022-2023 mövsümündə "Liverpul"un heyətində "Reyncers"ə 6 dəqiqə ərzində 3 qol vuran Məhəmməd Salah nail olub.

* Çempionlar Liqasını ən çox qazanan futbolçu Fransisko Gentodur. (1955-56, 1956-57, 1957-58, 1958-59, 1959-60, 1965-66 "Real Madrid").

* Çempionlar Liqasını həm futbolçu, həm də baş məşqçi kimi qazanan 5 şəxs var: Karlo Ancelotti, Pep Quardiola, Frank Raykard, Migel Munoz və Zinəddin Zidan.

* 3 futbolçu bir matçda 5 qol atıb: Leo Messi, Adriano və Erling Holand.

* Çempionlar Liqasında ən çox qol vuran futbolçu ünvanı Kriştiano Ronaldoya məxsusdur - 146 qol.

Pərviz

0