"Latsio" "Qalatasaray"ın futbolçusunu almağa yaxındır

İDMAN
23:59 / 15.11.2023
598

Türkiyənin "Qalatasaray" klubunda Barış Alper Yılmazın ayrılığı gündəmdədir. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Latsio" futbolçudan əl çəkmək niyyətində deyil. 

Belə ki, klubun baş məşqçisi Mauritsio Sarrinin təkidi ilə 23 yaşlı oyunçu üçün yenidən "Qalatasaray"ın qapısı döyülüb. 

7 milyon avroluq təkliflə gəldikləri bildirilən "Latsio"ya hələ ki, cavab verilməyib. Okan Buruk isə Barış Alper Yılmazın oyunundan razı olduğunu vurğulayıb.

Qeyd olunub ki, futbolçu ilə bağlı son qərarı "Qalatasaray" rəhbərliyi verəcək.

0