Arda Turana Türkiyədə bənzəri görünməmiş cəza verildi

İDMAN
11:15 / 17.11.2023
765

Türkiyənin “Eyüpspor” klubunun baş məşqçisi Arda Turan Türkiyə Futbol Federasiyası tərəfindən 107 min 250 Lirə cərimələnib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb, Ardanın akkreditasiya kartı göstərişinə baxmayaraq, kartını gözəgörünən yerə taxmaması olub. 

Bu barədə 5 dəfə PFDK-ya sövq edilib. Arda Turan bu müraciətlərin birində xəbərdarlıq alıb, digər 4-ü ilə bağlı isə ümumilikdə 107 min 250 TL cərimə olunub.

Gənc məşqçi sadəcə akkreditasiya təlimatlarını pozduğuna görə bu məbləğdə cərimə alan ilk şəxs olub.

0