"Balotelli Azərbaycanda sadəcə ad olaraq marağa səbəb olar" - Millinin sabiq üzvü

İDMAN
12:15 / 17.01.2024
427

"Mario Balotelli yaxşı futbolçu olub. Amma Azərbaycanda hansısa klubun Balotelli ilə öz imicini qaldırmağa çalışacağına inanmıram".

Bu sözləri millimizin sabiq futbolçusu Ceyhun Sultanov Hit.az-a açıqlamasında deyib.

O hesab edir ki, Balotelli transferi ölkəmizdə forma satışlarına və ya stadiona azarkeşlərin gəlməsinə ciddi təsir göstərməz:

341931

"Əvvəla, Mario Balotelli nizam-intizamlı futbolçu deyil. O, həm də bir yerdə dayanmağı sevmir. Buna baxmayaraq, Balotelli keyfiyyətli futbolçudur. Onun hansı klublarda oynadığını da yaxşı bilirik. Amma Azərbaycana gəlsə, sadəcə bir az marağa səbəb olacaq". 

Həmsöhbətimiz Balotellini daha öncə ölkəmizə gəlmiş dünya ulduzları ilə müqayisə edib:

"O, Keysuke Honda və ya Maykl Essien deyil. Bu, mənim subyektiv fikrimdir. Düzdür, Essien karyerasının lap axırlarında ölkəmizə gəlmişdi, Balotelli isə bir az da olsa oynaya bilər. Ümumiyyətlə, Balotellinin hansısa komandamıza gəlsə, "can yandıracağını", yaxşı performans göstərəcəyini gözləmirəm. Amma ad olaraq marağa səbəb olan transfer olardı".

Pərviz

0