PSJ-dən Mbappeyə 400 milyonluq təklif

İDMAN
10:58 / 19.01.2024
393

PSJ klubun fransalı hücumçusu Kilian Mbappeyə yeni təklif edib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "RMC Sport" məlumat yayıb.

Fransa klubu yay transfer pəncərəsində Mbappeyə 400 milyon avro maaşla 4 illik müqavilə təklif etməyə hazırdır.

Qeyd olunur ki, Mbappe hazırda reklam gəlirləri də daxil olmaqla ildə təxminən 100 milyon avro qazanır. Yayda PSJ Mbappeyə reklam qazancı daxil olmaqla 100 milyon avro xalis maaş təklif etməyə hazırdır.
Xatırladaq ki, daha əvvəl Mbappenin yay transfer pəncərəsində PSJ-ni tərk edə biləcəyi bildirilirdi. Futbolçunun karyerasını davam etdirmək üçün əsas variant "Real Madrid"dir.

Fransız hücumçu 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir.

0