"Xəzər Lənkəran"ın stadionu təmir ediləcək

İDMAN
19:11 / 12.02.2024
453

"Xəzər Lənkəran" Stadionu təmirə bağlanıb. 

HİT.az xəbər verir ki, bu barədə klubun sabiq mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu paylaşım edib. 

O bildirib ki, xeyli müddətdir qapısı qıfıllanan arenada yenidənqurma işlərinə yaxın günlərdə başlanılacaq: 

“Xəzər Lənkəran” Stadionunun təmirə bağlanması xəbəri həqiqətdir. Hələlik stadionun təmiri üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq”. 

0