Ramil Şeydayevin Türkiyə klubundakı maaşı açıqlandı

İDMAN
12:41 / 13.03.2024
381

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin “Kocaelisporda”kı maaşı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Özgür Kocaeli” qəzeti yayıb.

Kocaeli təmsilçisi ilə 1,5 illik müqavilə imzalayan futbolçuya bu mövsümün sonuna qədər 250 min avro (464 min manat), növbəti mövsüm isə 450 min avro (835 min manat) ödəniləcək.

0