"Fənərbağça" liqadan çəkiləcək? - AÇIQLAMA

İDMAN
13:47 / 06.04.2024
636

Türkiyə Futbol Federasiyası (TFF) və "Fənərbağça" arasında yaşanan gərginlik davam edir.

İstanbul klubunun prezidenti Ali Koç verdiyi radikal qərarlarla gündəmi zəbt edib. Belə ki, "Fənərbağça"nın Türkiyə Super Kubokunda "Qalatasaray"la oynayacaqları matça U-19 komandası ilə çıxacağı açıqlanıb. Bundan başqa, "Fənər"in 2 il ərzində Türkiyə Kubokunda keçiriləcək bütün matçlarda da U-19 komandası ilə mübarizə aparacağı bildirilib. 

Ən sensasion ehtimal isə "Fənərbağça"nın Türkiyə Super Liqasından çəkilə biləcəyidir. Hətta klubun prezidenti Ali Koç komandasının xarici bir liqada çıxış etmək imkanlarını da dəyərləndirdiyi qeyd olunub.

347373

Bəs həqiqətən "Fənərbağça"nın liqadan çəkilmə ehtimalı varmı?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov deyib ki, bu, klubun futbol siyasəti ilə bağlı mövqeyidir:

"Çünki bir çox oyunlarda hakim səhvləri ilə bağlı mübahisəli epizodlar olub. Bu səbəbdən də "Fənərbağça" etirazını bildirmək istəyir. Yəni Super Kubok matçına da U-19 komandasını göndərmək açıq-aşkar etiraz aksiyasıdır".

Ekspert hesab edir ki, "Fənərbağça" liqadan çəkilməyəcək:

"Əslində, "Fənərbağça"nın Türkiyə Super Liqasını tərk etməsi inandırıcı deyil. Lakin etiraz əlaməti olaraq liqadakı hansısa oyuna çıxmaya bilərlər. Amma liqadan tam olaraq çəkiləcəklərini zənn etmirəm. "Fənərbağça" sadəcə etiraz aksiyası olaraq hansısa addımlar atmağa çalışır". 

Pərviz

0