Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq

İDMAN
10:22 / 02.06.2024
587

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.

Finalda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcəklər.

"Liv Bona Dea Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" 83 xalla Azərbaycan Premyer Liqasının qalibi olub. 58 xal toplayan "Zirə" mövsümü ikinci sırada bitirib.

0