Kadi yenidən "Qarabağ"da? - Qurban Qurbanovdan açıqlama

İDMAN
09:46 / 03.06.2024
589

"Kadi Borgesin "Qarabağ"da olmasını istəyərəm".

Hit.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov braziliyalı futbolçunun Ağdam təmsilçisinə mümkün qayıdışı ilə bağlı danışarkən deyib.

"Azarkeşlər də bunu arzulayırlar. Amma bəzən bizdən asılı olmayan səbəblər olur. Ola bilər ki, nə vaxtsa komandamıza qayıtsın", - deyə təcrübəli mütəxəssis vurğulayıb.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək "Qarabağ"ın formasını geyinib. O, cari mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, dörd qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

0