Güləşçimiz Budapeştdə finala çıxdı

İDMAN
16:50 / 08.06.2024
486

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (63 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinə uğurlu start verib.

Hit.az xəbər verir ki, idmançı sözügedən yarışda finaladək irəliləyə bilib.

İlk görüşdə uduzan Beka Kandelaki (130 kq) isə mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.

0