AFFA Fernandu Santuşla "3+1" illik müqavilə bağlayıb

İDMAN
13:03 / 13.06.2024
498

AFFA rəhbərliyi Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşla "3+1" illik müqavilə bağlayıb.

Bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millinin yeni baş məşqçisi Fernandu Santuşun təyinatı ilə bağlı danışarkən deyib.

Hacıyev 69 yaşlı portuqaliyalı mütəxəssisin Polşa millisindən və Türkiyənin "Beşiktaş" klubundan təzminat alaraq ayrılmasına münasibət bildirib: "Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik. Bu normaldır".

Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

 

0