Arda Gülər “Real”dan gedir – Yeni komandasının adı AÇIQLANDI

İDMAN
13:11 / 21.06.2024
562

Türkiyə millisinin və “Real” Madrid klubunun gənc ulduzu Arda Gülər, son zamnalardakı möhtəşəm oyunu ilə bir çox komandanın diqqət mərkəzinə düşüb.

Hit.az Türkiyə mediyasına istinadən xəbər verir ki, təkliflərdən yorulan Real Madrid, Karlo Ançelottinin Arda Gülər üçün verdiyi qərarı izləyir və hər təklifi rədd edir.

İspan nəhəngi ilə 2029-cu ilin iyununa qədər müqaviləsi olan gənc ulduzun Mbappe və Endrikin gəlişi ilə hücum xəttində yüksələcək rəqabətdən asılı olaraq vəziyyətə baxılacaq.

Real Madrid təklifləri rədd etsə də, B planını hazır saxlayır. Əgər Ançelotti düşərgədən sonra onu icarəyə vermək qərarına gəlsə, Arda Gülər üçün təkliflər yenidən gündəmə gələcək. Bununla belə, qərar vermə mərhələsində bir qəti qayda var. Arda İspaniyadan kənara icarəyə verilməyəcək.

Əslində, Arda Gülərin mümkün icarə qərarı olacağı təqdirdə hansı kluba göndəriləcəyi bəllidir. Radio Marca-nın xəbərinə görə, Real Madrid Arda Güləri icarəyə verəcəksə, bu klub Real Sosyedad olacaq.

Samir

0