“Qalatasaray” ulduz futbolçusu ilə yollarını ayırır

İDMAN
18:15 / 21.06.2024
495

Türkiyənin “Qalatasaray” klubu Nikolo Zaniolo ilə bağlı qərarını verib.

Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən mövsümü kirayə olaraq “Aston Villa”da keçirən futbolçu yenidən ayrılmağa hazırlaşır.

İspaniyanın “Vilyarreal”, İtaliyanın “Atalanta” və “Fiorentina” komandaları başda olmaqla bir çox klub 24 yaşlı futbolçunu heyətində görmək istəyir.

Sarı qırmızıların Nikolo Zaniolodan qazanmaq istədikləri məbləğin isə 20 milyon avro olduğu qeyd edilib.

Qeyd edək ki, Zaniolo, ötən mövsüm “Aston Villa”nın heyətində 39 oyuna çıxıb. İtaliyalı futbolçu bu müddət ərzində 3 dəfə rəqib qapılarına yol tapa bilib.

Samir

0