Messi bunu edən ilk futbolçu oldu

İDMAN
16:55 / 21.06.2024
496

ABŞ-ın ev sahibliyi etdiyi 2024-cü il Cənubi Amerika Futbol Çempionatının (Copa America) açılış oyununda Argentina ilə Kanada qarşı-qarşıya gəlib.

Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Mercedes-Benz” stadionunda keçirilən görüşdə son dünya çempionu Argentina, 49-cu dəqiqədə Julian Alvares və 88-ci dəqiqədə isə Lautaro Martinezin qolları ilə oyunu 2-0 hesabı ilə qələbə qazanıb. 

Argentinanın ikinci qolunun ötürməsini verən ulduz futbolçu Lionel Messi, Amerika Kubokunda 7 fərqli oyunda assist edən ilk futbolçu olub.

Qeyd edək ki, qrupun ikinci oyununda Argentina Çili, Kanada isə Peru ilə qarşılaşacaq.

Samir

0