Qurban Qurbanov İrlandiya millisinin baş məşqçi postuna namizəd oldu

İDMAN
15:13 / 11.07.2024
432

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İrlandiya millisinin sükanı arxasına keçməyə namizədlərdən biri olub.

HİT.az xarici mətbuata istinadən xəbər verir ki, İrlandiya Futbol Assosiasiyası baş məşqçi vəzifəsi üçün bir neçə mütəxəssislə maraqlanıb.

Qustavo Poyet, Roy Kin və Heymur Hadlqrimsson kimi məşqçilərin olduğu siyahıda Ağdam klubunun 52 yaşlı çalışdırıcısı da yer alıb.

Qeyd edək ki, İrlandiya Futbol Assosiasiyası sonda H.Hadlqrimssonla müqavilə imzalayıb.

0