Dünya Çempionatında sona doğru: Favorit hansı ölkədir?

İDMAN
15:33 / 14.07.2026
253

Artıq Dünya Çempionatı başa çatmaq üzrədir.

Bu axşam ilk finalçının adına aydınlıq gələcək. Axşam Fransa ilə İspaniya yarımfinalın ilk matçında qarşılaşacaqlar. Sabah isə İngiltərə və Argentina final üçün meydana çıxacaq. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bəs yarımfinal matçlarının favoritləri hansı ölkələrdir? Ümumiyyətlə, bu dörd millinin hansı dünya çempionu olmağa daha yaxındır?

Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib.

O bildirib ki, Dünya Çempionatı başlamamışdan əvvəl İngiltərə, Fransa və İspaniyanın yarımfinala qədər irəliləyəcəklərini təxmin etmək mümkün idi:


“Ancaq Argentina millisinin bu qədər mərhələ keçəcəyini təxmin etməmişdim. Çünki qocaman Messinin hər oyun əsas heyətdə oynayaraq bura qədər gəlib çıxacaqları bir az şübhə doğururdu.

İndiki vəziyyətdə isə İspaniya, Fransa, İngiltərə və Argentina arasında hansı komandanın çempion olacağını proqnozlaşdırmaq çox çətindir. Hər komandanın öz-özlüyündə üstün və zəif tərəfləri var. Hazırda dörd millinin hər birinin şansının bərabər olduğunu düşünürəm”.

O, yarımfinallar barədə isə bunları deyib:
“Məsələn, İspaniya – Fransa oyunundan başlayaq. Fransızlar bütün mövqeylərdə ən balanslı olduqlarını göstəriblər. İspanlar isə çempionat ərzində qapılarından sadəcə bir qol buraxıblar və istənilən rəqibə qarşı fərqlənə bilirlər.

Bu isə onu göstərir ki, İspaniya Fransaya da qol vurmaq iqtidarındadır. Amma dediyim kimi, hər birinin üstün və zəif tərəfləri var. Hər biri qalib gələ və və finala çıxa bilər”.

Ekspert Argentina – İngiltərə matçı barədə də danışıb:
“İngiltərə - Argentina qarşılaşmasında heyət olaraq ingilislər favorit sayıla bilər. Lakin argentinalılar onu göstərdilər ki, istənilən komandaya qalib gəlirlər. Üstəlik, son dəqiqələrdə vurduqları qollarla yarımfinala qədər gəlib çıxıblar.

Əslində, ingilislər də mükəmməl oynamırlar, onlarda da müdafiə xəttində rəqiblərinə qarşı çox sayda qol imkanları verirlər. Məncə, Argentinya qarşı da bundan məharətlə istifadə edə bilərlər”.

Aslan Kərimov çempionluq şansları haqqında proqnoz verməyin çətin olduğunu söyləyib:
“Hesab edirəm ki, bu dörd millinin hər birinin dünya çempionu olmaq şansları var. Hətta deyərdim ki, hər biri potensial dünya çempionudur. Yəni İspaniya, Fransa, İngiltərə və Argentinanın çempionluq şansları bərabər olduğuna görə proqnoz vermək doğru olmaz”.

Pərviz

0