Ötən gecə Dünya Çempionatının ilk finalçısı bəlli oldu.
Hit.az xəbər verir ki, İspaniya Fransanı 2-0 hesabı ilə məğlub edərək finala yüksəldi.
Favorit Fransa idi
Əslində, oyundan əvvəl bir çox ekspert Fransanı favorit sayırdı. Xüsusilə Kilian Mbappenin son zamanlardakı inanılmaz performansının bu matça da yansıyacağını düşünürdülər. Çünki fransız ulduz mundiallarda meydana çıxdığı 20 matçda 20 qol, 8 məhsuldar ötürməyə imza atmışdı.
Üstəlik, Fransa qalib gələcəyi təqdirdə, Mbappe ardıcıl 3-cü dəfə Dünya çempionatlarında final oynayacaqdı. Lakin İspanlar Fransanın əsas ulduzuna oynamağa imkan vermədilər. Nəticədə, İspaniya rəqibini məğlub etdi.
Deşam istefa verdi
Bu uğursuzluğun ardından Didye Deşam Fransa millisinin baş məşqçisi postundan istefa verdi. Onu əvəzləməyə ən güclü namizəd isə Zinəddin Zidan göstərilir.
Qələbə qolları
İspaniyaya qələbəni gətirən qolları 22-ci dəqiqədə penaltidən Oyarzabal, 58-ci dəqiqədə isə Porro vurdu. Lamin Yamal isə hesabı 3-0 etsə də, qol oyundan kənar vəziyyət səbəbilə qeydə alınmadı. İspanların 2-ci qolunu vuran Pedro Porro matçın ən yaxşı oyunçusu seçildi.
Oyunun statistikaları
Ümumi olaraq Fransa indiyə qədər izlədiyimiz milli kimi oynaya bilmirdi. İspanlar isə hər mövqedə üstün idilər. Elə statistikalar da bunu göstərir. İspanlar topla oynamada rəqiblərini cüzi fərqlə üstələdi: 51-49 faiz. Hər komanda 10 dəfə qapılara zərbə endirdi. İspaniyanın qapıçısı 3 qurtarış etsə də, Fransa qapıçısında bu göstərici 0 oldu.
Dəqiq pas ötürmələrində də qaliblər öndə oldular: 502-472. Qırmızı vərəqənin göstərilmədiyi matçda fransız futbolçular 2, ispanlar isə 1 dəfə sarı vərəqə ilə cəzalandılar. Fransa yalnız oyunun sonlarına yaxın toparlanıb geridönüş etməyə çalışsa da, nəticə dəyişmədi.
Qeyd edək ki, bu axşam saat 23:00-da yarımfinalın ikinci matçında Argentina ilə İngiltərə qarşılaşacaq. Bu matçın qazananı finalda İspaniya ilə dünya çempionluğu uğrunda mübarizə aparacaq.
Pərviz

