“Neftçi” Kurçi ilə yolları ayırdı

İDMAN
14:45 / 26.08.2026
152

“Neftçi” futbolçusu Alessio Kurçi ilə yolları ayırıb.

Hit.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Paytaxt təmsilçisi ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş lüksemburqlu hücumçu "Neftçi"nin heyətində 19 rəsmi oyun keçirib, 2 qol vurub, 1 assist edib.

0