Tarixin 27 oktyabrı...

MARAQLI
11:30 / 27.10.2026
173

Bu gün tarixin vərəqlərində 27 oktyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 27 oktyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin vəfatı da bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Beynəlxalq Animasiya Günü, ABŞ-də Hərbi Donanma Günü, Yunanıstanda isə Bayraq Günü kimi qeyd olunur. Beləliklə, tarixin 27 oktyabrına nəzər salırıq.

27 oktyabrda baş verənlər:
1993-cü ildə Bakıda “Cəfər Cabbarlı” metrostansiyasının açılışı olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Bərdə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 3-cü dəfə raket və artilleriya atəşinə tutulub. 
Həmçinin, 1682-ci ildə ABŞ-də Filadelfiya şəhərinin əsası qoyulub. 1978-ci ildə Nobel Sülh Mükafatı Misir prezidenti Ənvər Sədat və İsrailin baş naziri Menahem Beqin arasında bölüşdürülüb. 1991-ci ildə Türkmənistan Sovet İttifaqından ayrılaraq müstəqil olub. 1995-ci ildə Litva Avropa Birliyinə üzv olmaq üçün müraciət edib. 1999-cu ildə isə Ermənistan parlamentinə silahlı hücum nəticəsində baş nazir və parlament sədri də daxil olmaqla 8 nəfər öldürülüb.

27 oktyabrda doğulanlar:
1971-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi İqor Makeyev, 1937-ci ildə diplomat Ramiz Abutalıbov, 1972-ci ildə Əməkdar artist, aktrisa-aparıcı Dilarə Əliyeva və 1977-ci ildə Xalq artisti, müğənni Mir Yusif dünyaya gəlib.

Həmçinin, 1401-ci ildə İngiltərə kraliçası Valualı Ketrin, 1782-ci ildə italiyalı skripkaçı və bəstəkar Nikkolo Paqanini, 1842-ci ildə İtaliyanın baş naziri Covanni Colitti, 1858-ci ildə ABŞ-nin 26-cı prezidenti Teodor Ruzvelt, 1889-cu ildə rus aktyor Mixail Jarov, 1932-ci ildə amerikalı şair Silviya Plat, 1954-cü ildə Rusiya dövlət xadimi Sergey Narışkin, 1978-ci ildə britaniyalı skripkaçı Vanessa Mey, 1981-ci ildə türkiyəli futbolçu və baş məşqçi Volkan Dəmirəl və 1983-cü ildə türk aktyor Kıvanç Tatlıtuğ doğulub.

27 oktyabrda vəfat edənlər:
1932-ci ildə bəstəkar Asəf Zeynallı və 1938-ci ildə pianoçu Xədicə Qayıbova dünyasını dəyişib.

Həmçinin, 1505-ci ildə Böyük Moskva knyazı III İvan, 1553-cü ildə ispan teoloqu Migel Servet, 2009-cu ildə amerikalı aktyor Con Devid Karson, 2016-cı ildə kolumbiyalı müğənni Nelson Pinedo, 2021-ci ildə almaniyalı sabiq futbolçu Bernd Nikel və 2023-cü ildə Çinin keçmiş baş naziri Li Keqianq vəfat edib.

Pərviz

0