"Qarabağ" bu gün Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
HİT.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada ədaləti Norveçdən olan hakimlər briqadası qoruyacaq.
Qeyd edək ki, komandalar arasında Niderlandda oynanılan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Turu keçən komanda Liqa mərhələsinə yüksələcək. Mübarizəni uduzan komanda isə avrokuboklarla vidalaşacaq.
Konfrans Liqası
Pley-off
Cavab oyunu
27 avqust
20.00 Qarabağ (Azərbaycan) - Tvente (Niderland)
Hakimlər: Rohit Saqqi, Anders Olav Dale, Ole Andreas Haukasen, Marius Hansen Qrotta (Norveç).
VAR: Kristoffer Haqenes (Norveç).
AVAR: Alan Kijas (Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:0.


