Şahin Mustafayev Federasiya prezidenti seçildi

İDMAN
16:49 / 16.09.2026
42

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.

HİT.az xəbər verir ki, bu barədə Federasiya məlumat yayıb.

Bildirilib ki, 2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev, qarşıdakı 4 il ərzində də Azərbaycan stolüstü tennisinin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.

0