"Başqa mahnı olsaydı, finala keçərdik"

MAQAZİN
22:31 / 29.05.2026
35

"Nə dəstək, nə sevgi? Nə danışırsınız? Milli seçimdə mənə qarşı sevgi yox idi. Daha çox Eldara sevgi göstərirdilər, çünki oğlan idi. Qız olsaydı olmazdı. Oğlanlara paxıllıq etmirlər, daha çox qadınlara paxıllıq edirlər. Deyirdilər, bizdə qız yox idi, İngiltərədən gəlib? Çətinliklər çox idi".

Axşam.az xəbər verir ki, bu sözləri "Avroviziya 2011" qalibi Nigar Camal MTV-də qonaq olarkən deyib. Müğənni müsabiqəyə gedən zaman yaşadığı çətinliklərdən danışıb. 

Nigar ölkəmizi bu il yarışmada təmsil edən Jivadan danışıb. O bildirib ki, mahnı seçimi düzgün olmayıb:

"Jiva istedadlı qızdır. Əminəm ki, başqa mahnı seçilsəydi, bəlkə finala keçə bilərdik. Çünki Jivanın tam başqa ab-havası var. "Just go" ona aid mahnı deyil. Enerjisi çox fərqlidir. Əminəm ki, başqa mahnı olsaydı, daha yaxşı bal toplaya bilərdik".

0