Cennifer Lopes: "Hər şeyi yanlış etmişəm!"

MAQAZİN
10:25 / 31.05.2026
50

Cennifer Lopesin keçmiş həyat yoldaşı Ben Affleklə evliliyi barədə diqqət çəkən açıqlaması gündəm olub. 

HİT.az xəbər verir ki, müğənni və aktrisa boşanmadan sonrakı həyatı haqqında "Cimmi Kimmel Şou" proqramında danışıb.

Verilişin aparıcısı Cimmi Kimmel ondan hazırda tək olub-olmadığını soruşub. Lopes bu sualı təsdiqləyici cavabla qarşılayıb.

“Mən bunu daha əvvəl etməli idim. Hər şeyi yanlış etmişəm! İnanın, hər şeyi yanlış etmişəm”, deyə o bildirib və bununla da kişilərlə münasibətlərinə işarə edib.

Kimmel həmçinin aktrisanın ABŞ-da yayımlanan "Subay" ("The Bachelor") şousunun yeni mövsümünə qatılaraq özünə həyat yoldaşı tapmaq istəyib-istəmədiyini soruşub.

“Dəlisiniz? Mən hazırda hiss etdiklərimi korlamaq istəmirəm. Tək olmaq möhtəşəmdir”, deyə Lopes cavab verib.

Bununla belə, sənətçi gələcəkdə yeni bir sevgili ilə qarşılaşa biləcəyini də istisna etməyib.

Müğənni indiyədək dörd dəfə ailə həyatı qurub. O, 1997–1998-ci illərdə ofisiant Oxani Noa ilə, 2001–2002-ci illərdə isə rəqqas Kris Cadd ilə evli olub. Cennifer Lopesin üçüncü həyat yoldaşı müğənni Mark Entoni olub. Cütlük 2004-cü ildə evlənib, 2008-ci ildə Maks və Emmi adlı əkiz övladları dünyaya gəlib, 2011-ci ildə isə boşanıblar.

16 iyul 2022-ci ildə Cennifer Lopes və aktyor Ben Afflek ilk nişanlarından 20 il sonra ailə qurublar. 20 avqust 2024-cü ildə onların boşandığı məlum olub. Aktrisa Los-Anceles Ali Məhkəməsinə vəkil olmadan müraciət edib və həyat yoldaşından ayrıldığı tarix kimi 26 aprel tarixini göstərib.

Samir

0