"Əvvəl mahnı oxuyanda bilirdik ki, tamaşaçının səviyyəsi var"

MAQAZİN
16:57 / 01.06.2026
42

"Əvvəl televiziyaya çıxanda, radioda olanda,  studiyada mahnı yazdıranda bilirdik ki, tamaşaçı əyləşib bizi dinləyir. Ona hörmət edirdik. Anlayırdıq ki, tamaşaçının səviyyəsi, intellektual səviyyəsi var. Onun qarşısında pis mahnı oxumaq olmaz". 

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Öz aramızda" proqramında deyib. Müğənni bildirib ki, efirdə savadlı mahnı oxumaq hamının borcudur: 

"Düzgün ifa etmək lazımdır. Elə mahnı seçməlisən ki, sənin tamaşaçıya olan hörmətin bəlli olsun. Musiqi savadı, özünü aparmaq, danışıq yaxşı olmalıdır. Efirə çıxırıqsa, xalqa məxsus olan şəxslərik. Onların gözündə musiqi düzgün olmalıdır. İndi də gözəl bəstəkarlarımız, şairlərimiz var. Biz səhnəyə çıxanda onu nəzərə almalıyıq. Bəzi kütlədən başqa bizim səviyyəli tamaşaçımız da var, bunu nəzərə almalıyıq. Səhnəyə çıxan insan ali təhsil almalıdır".

0