Müğənni Fədayə Laçın ötən gün 50 illik yubileyini təmtəraqlı şəkildə qeyd edib.
Axşam.az-ın məlumatına görə, məclisə qatılanlar arasında ifaçının duet ortağı Tacir Şahmalıoğlu olmayıb.
Fədayə Laçın bu barədə suala cavab verərkən Taciri məclisə dəvət etmədiyini açıqlayıb. O, buna səbəb kimi sənətçinin oğlunun toyuna qatıla bilməməsini göstərib:
“Tacir məni oğlunun toyuna dəvət etdi. Rusiyada toyum olduğu üçün gedə bilmədim. Ona görə də utandım onu dəvət etməyə. Bilirdim, çağırsam gələr. Amma dəvət etmədim”.


