Məşhur amerikalı televiziya aparıcısı Cimmi Kimmel ilə həyat yoldaşı Molli MakNirni arasındakı münasibətin maraqlı tarixçəsi üzə çıxıb.
HİT.az cəbər verir ki, Kimmel və MakNirninin sevgisi “Jimmy Kimmel Live!” proqramında başlayıb. Kimmel 2004-cü ildə MakNirnini verilişə yazıçı assistenti kimi işə götürüb. Sonrakı illərdə MakNirni baş yazarlardan birinə çevrilib.
Kimmel ilk vaxtlardan ona maraq göstərsə də, MakNirni patronu ilə münasibət qurmaqdan ehtiyat edib. O, belə bir əlaqənin karyerasına zərər verə biləcəyindən qorxub və dəfələrlə bunun “pis fikir” olduğunu deyib.
Münasibətləri Kimmel-in aktrisa Sara Silvermanla (Sarah Silverman) ayrılmasından təxminən yeddi ay sonra başlayıb. Cütlük sevgilərini bir müddət iş yoldaşlarından da gizli saxlayıb.
MakNirni münasibətin necə başladığını podkast proqramlarından birində danışıb. Onun sözlərinə görə, Kimmel-in əmisi oğlu bir dəfə ondan ömrünün sonuna qədər yalnız beş yemək hazırlamalı olsa, hansıları seçəcəyini soruşub.
MakNirni pizza, xərçəng, sendviç və şokoladlı peçenyeni sevdiyini deyib.
Təxminən altı ay sonra MakNirni Kimmel-in evinə qonaq gedib. Evə daxil olarkən xoş qoxular hiss edib. Kimmel onun sadaladığı yeməklərin hamısını hazırlayaraq sürpriz edib. MakNirni həmin vaxt Kimmel-in ona həqiqətən aşiq olduğunu başa düşüb.
Cütlük münasibətlərini rəsmiləşdirərək 2013-cü ildə evlənib. Onların hazırda iki övladı var: 12 yaşlı Ceyn və 9 yaşlı Billi.
MakNirninin əvvəllər ən böyük qorxusu münasibətin onun karyerasına mənfi təsir göstərməsi olub. Lakin illər sonra bu narahatlığının əsassız olduğu ortaya çıxıb.
Cimmi Kimmel üçün bu, ikinci evlilikdir. Onun ilk evliliyindən iki övladı var və Kimmel ötən il qızı Keti vasitəsilə ilk dəfə baba olub.
Samir


