56 yaşlı aktrisa "OnlyFans"da həftədə 10 min dollar qazanır

MAQAZİN
20:39 / 28.08.2026
30

"Malibu xilasediciləri" serialının ulduzu Erika Eleniak "OnlyFans" platformasında həftədə təxminən 10 min dollar qədər gəlir əldə edir. 

HİT.az xəbər verir ki, bu barədə TMZ öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, 56 yaşlı amerikalı aktrisa əvvəlcə pərəstişkarlarına ayaqlarını nümayiş etdirib, lakin hazırda onun məzmunu daha "cəsarətli" xarakter alıb.

Nəşrin məlumatına görə, hazırda aktrisanın 1100-dən çox abunəçisi var və avqustun sonunadək onun gəlirinin 40 min dollara çatacağı gözlənilir.

Eleniak 1989-1992-ci illərdə "Malibu xilasediciləri" serialında xilasedici Şoni Makleyn rolunu oynayıb. O, böyüklər üçün nəzərdə tutulan platformada hesab açdığını avqustun əvvəlində açıqlayıb.

Bundan əvvəl "Harri Potter" filmlərinin keçmiş aktrisası Cessi Keyv abunəlik platformasından hazırda filmlərdən əldə etdiyindən daha çox qazandığını bildirib. O, digər məsələlərlə yanaşı, abunəçilərinə döş ölçüsünü seçməyi təklif edib.

Samir

0